AZ

Tehran-Vaşinqton xəttində gizli diplomatiya: Oman, Misir və Türkiyə araya girdi

Yaxın Şərqdə davam edən müharibə fonunda Tehran və Vaşinqton arasında yeni diplomatik təşəbbüslərin başladığı bildirilir.

Musavat.com xəbər verir ki, Amerika mənbələrinin məlumatına görə, Oman, Misir və Türkiyə İran ilə ABŞ arasında dialoqun qurulması üçün vasitəçilik etməyə çalışır.

Məlumata əsasən, ABŞ prezidenti Donald Tramp artıq müharibədən çıxış yollarını araşdırmağa başlayıb. Bununla belə, Vaşinqtondakı mənbələr bildirir ki, müharibənin yaxın zamanda dayandırılması ehtimalı hələlik zəif qiymətləndirilir.

İsrail tərəfinin mənbələri isə İran daxilində mümkün siyasi dəyişikliklərlə bağlı diqqət çəkən ehtimal irəli sürüb. Onların sözlərinə görə, rejim dəyişikliyinin müharibə zamanı deyil, daha çox müharibədən sonrakı mərhələdə baş verməsi ehtimalı yüksəkdir.

Bildirilir ki, hərbi qarşıdurma bitdikdən və vəziyyət nisbətən sabitləşdikdən sonra rejimə qarşı olan çox sayda iranlı küçələrə çıxmaq üçün daha əlverişli şərait yarandığını hiss edə bilər. Bu isə ölkə daxilində siyasi proseslərin yeni mərhələyə keçməsi ilə nəticələnə bilər.

 


Musavat.com

Seçilən
142
50
musavat.com

10Mənbələr