ain.az bildirir, Ayna saytına əsaslanaraq.
XİN başçısı: “Qətərin bu məsələ ilə bağlı çox aydın mövqeyi var"
“Qətər ərazisindən ABŞ-ın İrana hücum etməsinə icazə verməyib və silahlarından yalnız özünümüdafiə məqsədilə istifadə edir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Qətərin xarici işlər naziri Məhəmməd əl-Xuleyfi "Əl-Cəzirə"yə verdiyi müsahibədə deyib.
" Qətərin bu məsələ ilə bağlı çox aydın mövqeyi var", - deyə diplomat jurnalistin İranla mövcud münaqişə zamanı Qətərin öz ərazisindən hücumlara icazə verib-verməməsi ilə bağlı birbaşa sualına cavab olaraq bildirib.
"Qətər heç vaxt qonşu dövlətə hücum etməyib və etməyəcək. Bizim üçün bu, prinsip məsələsidir", - deyə nazir qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.