Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Karyerasını “Kayserispor”da davam etdirən Migel Kardoso İranın atdığı raketin Türkiyədə zərərsizləşdirilməsinin ardından vətəni Portuqaliya mətbuatına diqqətçəkən açıqlamalar verib. "Football-plus.az" xatırladır ki, dünən İrandan atılan ballistik raket Türkiyə hava məkanına doğru hərəkət edərkən zərərsizləşdirilib. Bu barədə Türiyənin Milli Müdafiə Nazriliyi məlumat yayıb. Raket İraq ilə Suriyanın hava məkanlarını keçəndən sonra Türkiyə istiqamətində hərəkət edərkən vaxtında aşkarlanıb. Daha öncə “Deportivo”, “Tondela”, Moskva “Dinamo”su, “Belenenseş” kimi klublarda top qovmuş 31 yaşlı Kardoso 2021-ci ildən “Kayserispor”dadı. Bu mövsüm 24 qarşılaşmada 2 qol, 3 məhsuldar ötürmə ilə fərqlənən və 2027-yə qədər müqaviləsi olan 31 yaşlı yarımmüdafiəçi bunları deyib:
“Hələ də içimdə bir qorxu var. Açığı, bu şərtlərdə Portuqaliyaya gəlməyin asan olacağını düşünmürəm. Ancaq gərginlik artsa, vətənimə qayıdacam. Çünki özümü məhz orda təhlükəsiz hiss edirəm. Hələ ki burda hər şey normaldı. Raketin zərəsizləşdirilməsi ilə bağlı xəbəri Portuqaliya mətbuatından oxudum. Bu hadisə məşqimizdən öncə yaşandı. Məşqə çıxmamış burda futbolçularla durumu müzakirə etdik. Ancaq klubdan, eləcə də Türkiyə hökümətindən indiyə qədər hansısa bir təlimat və ya açıqlama gəlməyib. Türkiyədə tək yaşayıram. Ailə üzvlərim Portuqaliyadadı. Əslində təhlükəsizliklə bağlı hansısa hadisə baş versə, bu, mənim işlərimi asanlaşdıracaq. Yəni ailəmlə yox, təkbaşıma geri dönməli olacam. Birmənalı şəkildə nəsə baş versə, Portuqaliyaya qayıdacam. BƏƏ və Qətərdə karyerasını davam etdirən, hazırda evlərindən çıxa bilməyən bir çox futbolçu dostum var. Ümid edirəm ki, bütün bu hadisələr tezliklə başa çatacaq. Hər birimizin yaxşılığı üçün bu hadisələr mümkün qədər tez bitməlidi”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.