AZ

Ərdoğan Pezeşkianla danışdı: "İranın regiondakı qardaş ölkələri hədəf alması doğru deyi"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İletişim Başkanlığı məlumat yayıb.

Məlumata görə, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı regionda baş verən hadisələr və gərgin vəziyyət müzakirə olunub.

Prezident Ərdoğan bildirib ki, mövcud şəraitdə diplomatiya qapısının açılmasına ciddi ehtiyac var və Türkiyə bunun təmin olunması üçün səylər göstərir. O qeyd edib ki, İrana qarşı hüquqa zidd müdaxilələr düzgün deyil, eyni zamanda İranın regiondakı qardaş ölkələri hədəf alması da doğru yanaşma deyil. Türkiyə liderinin sözlərinə görə, qardaş ölkələrin hədəfə alınması heç kimə fayda gətirmir və bu cür addımlar dayandırılmalıdır.

Ərdoğan vurğulayıb ki, Türkiyə tərəfi olmadığı münaqişələrdən mənfi təsirlənir. O bildirib ki, səbəbindən asılı olmayaraq Türkiyə hava məkanının pozulması qəbul edilə bilməz və Ankara bu kimi hallara qarşı bütün zəruri tədbirləri görməyə davam edəcək.

Türkiyə prezidenti telefon danışığı zamanı Menab şəhərində məktəbə edilən hücum nəticəsində həlak olan uşaqlar başda olmaqla baş verən insan itkilərinə görə dərin kədər hissi keçirdiklərini də ifadə edib.

Ərdoğan həmçinin İranın ali dini lideri Əli Xamenei ilə bağlı başsağlığı diləklərini təkrarlayıb və Müctəba Xameneinin yeni dini lider seçilməsinin regionda sülhə töhfə verməsini arzuladığını bildirib.

İran Prezidenti Məsud Pezeşkian isə Türkiyə hava məkanına daxil olan raketlərin İran tərəfindən atılmadığını iddia edib və məsələ ilə bağlı geniş araşdırma aparılacağını qeyd edib.

 

Musavat.com

Seçilən
91
musavat.com

1Mənbələr