AZ

Türkiyə Azərbaycana görə hərəkətə keçdi: həmin şəxslər tapılıb, sonra…

Son günlər Türkiyənin bəzi media subyektlərində və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya aparılması ilə bağlı tədbir görülüb.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin Türkiyə seqmentində məlumat yayılıb.

Belə ki, İranın Naxçıvana dron hücumundan sonra rəsmi Bakının sərt mövqe ortaya qoyması son günlər Türkiyə KİV və sosial şəbəkələrində fərqli təqdim edilir, ölkəmiz əleyhinə xoşagəlməz və məqsədyönümlü kampaniya aparılırdı.

Xüsusilə X platformasının Türkiyə seqmentində əssasız ittiham səsləndirilir, Azərbaycan açıq hədəf alınırdı. Lakin bu gün belə paylaşımlar etməklə Türkiyə ictimaiyyətində saxta ittihamlarla ölkəmizə qarşı fikir formalaşdırmağa çalışan şəxslərdən bir neçəsinin müəyyən olunaraq polisə ifadə verməyə çağırıldığı bildirilir.

Seçilən
1
1
publika.az

2Mənbələr