AZ

Ərəblərdən “Trabzonspor”un bombardirinə astronomik təklif

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Trabzonspor”un heyətində çox məhsuldar oyun sərgiləyən və komandanın əsas qol silahı sayılan Paul Onuaçu ilə bağlı mühüm transfer iddiası ortaya atılıb. "Football-plus.az" xəbər verir ki, Səudiyyə Ərəbistanı nəhəngi, Asiya Çempionlar Liqasının son qalibi statusunda olan “Əl-Əhli” təcrübəli forvarda ciddi maraq göstərir. Türkiyə mətbuatının yazdığına inansaq, bu klub yayda trabzonluların “qapısını döyməyə” hazırlaşır. Əslində “Əl-Əhli”də ingiltərəli forvard Ayven Touni çox yüksək məhsuldarlıq sərgiləyir. Amma bu futbolçu karyerasını vətənində davam etdirmək və İngiltərəyə qayıtmaq arzusundadı. Yayda onun klubdan ayrılacağı gözlənilir. Bu üzdən “Əl-Əhli” indidən əl-ayağa düşərək Tounini layiqincə əvəzləyə biləcək bir futbolçu axtarışına çıxıb. Ərəblərin fikrincə, Onuaçu bunu etməyə qadirdi. Hərçənd 201 sm boya malik olan yekəpər forvard qaradənizlilərə çox bağlıdı. Onu bu klubdan ayırmaq asan olmayacaq. Onuaçu hələ Trabzondakı ilk mövsümündə - 2023/24-də ortaya qoyduğu performansla fanatların sevimlisinə çevrilmişdi. Amma ərəblər onu həmişəki üsulla – pulun sayəsində şirnikləndirməyə çalışacaq. İddialara inansaq, Onuaçuya hazırda Trabzonda qazandığından 4 qat artıq, yəni illik 7,5-8 milyon avro maaş təklif olunub! “Əl-Əhli” “Trabzonspor”un özünə isə ilkin olaraq 15 milyon avro təklif edəcək və lazım gələndə bu məbləği artıracaq. İndidən əminliklə demək olar ki, yayda bu transfer məsələsi uzun müddət gündəmi zəbt edəcək. Afrika Millətlər Liqasından dönəndən bəri iştirak etdiyi ardıcıl 8 rəsmi oyunun hər birində qol vuran 31 yaşlı futbolçu 18 qolla Türkiyə çempionatında bombardirlər yarışına başçılıq edir. Nigeriyalı ulduz bu mövsüm 24 rəsmi oyunda 20 qol, 2 məhsuldar ötürməlik performans sərgiləyib. Maraq üçün bildirək ki, Onuaçu sona qədər də zirvəni əldən verməsə, “Trabzonspor”un heyətində bombardir olmuş 6-cı futbolçu kimi Türkiyə çempionatının tarixinə düşəcək. Daha öncə bunu qaradənizlilərin heyətində Necmi Perekli (1976/77, 18 qol), Şota Arveladze (1995/96, 25), Fatih Təkkə (2004/05, 31), Burak Yılmaz (2011/12, 33) və Aleksander Sörlot (2019/20, 24) bacarıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
icma.az

2Mənbələr