AZ

Viktor Orban ailəsinə edilən təhdidlərdən sonra qızlarına ZƏNG ETDİ – VİDEO

Orban Ukraynadan ailəsinə qarşı təhdidlər aldıqdan sonra qızlarına zəng edərək onları qorxmamağa çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Macarıstanın Baş naziri Viktor Orban Ukraynadan ailəsinə ünvanlanan təhdidlərdən sonra qızları ilə əlaqə saxlayaraq onları qorxmamağa çağırıb.

Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş generalı Omelçenko, Ukrayna Prezidenti Volodimir Zelenskinin ardınca Macarıstanın hökumət başçısını, onun uşaqlarını və nəvələrini açıq şəkildə hədələməyə başlayıb. Bu təhdidlərin əsas səbəbi Macarıstanın Ukrayna üçün nəzərdə tutulan Avropa İttifaqının növbəti kredit paketini bloklamasıdır.

Viktor Orban övladlarını sakitləşdirərək bu cür təzyiqlərə rəğmən geri addım atmayacaqlarını nümayiş etdirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
119
44
interpress.az

10Mənbələr