AZ

Yevlaxda azyaşlı uşaq arxda boğuldu

Yevlaxda nəzarətsiz qalan azyaşlı arxa düşərək ölüb.

NOCOMMENT.az xəbər verir ki, bədbəxt hadisə rayonun “Qaraçılar məhəlləsi” adlanan ünvanında baş verib.

Məhəllə sakini olan 2024-cü il təvəllüdlü uşaq valideyin tərəfindən nəzarətsiz qaldığından yaxınlıqdan keçən arxa düşərək boğulub.

Ailə üzvləri hadisədən xəbərdar olanda artıq gec olub.

Faktla bağlı araşdırma aparılır. /qafqazinfo/

Seçilən
42
4
nocomment.az

5Mənbələr