AZ

Su anbarında İkinci Dünya müharibəsindən qalan bomba TAPILDI

Mojaysk su anbarında müharibə dövrünə aid aviabomba tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Mojaysk su anbarında suyun boşaldılması zamanı İkinci Dünya müharibəsi dövründən qalmış aviabomba “üzə çıxıb”.

Suyun səviyyəsinin enməsi nəticəsində uzun illər dibdə qalmış döyüş sursatı aşkar edilib.

Hadisə yerinə cəlb olunan mütəxəssislər aviabombanı ehtiyatla xüsusi konteynerə yerləşdirərək ərazidən uzaqlaşdırıblar.

Təhlükəli tapıntı mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
78
interpress.az

1Mənbələr