AZ

Yüksək təzyiqin gizli səbəbləri açıqlandı Ən təhlükəlisi yuxuda baş verir

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

İkinci dərəcəli hipertoniya müstəqil xəstəlik deyil, orqanizmdəki başqa problemin əlamətidir. Rusiyalı kardioloq Yelena Qolikova yüksək qan təzyiqinə səbəb olan gizli faktorları sadalayıb.Demokrat.az bildirir ki, həkimin sözlərinə görə bu vəziyyət çox vaxt yuxu apnesi adlanan sindromun nəticəsində yaranır. Bu zaman insanın nəfəsi yuxuda 10 saniyə və daha çox müddətə kəsilir. Artıq çəki, burun və boğaz xəstəlikləri, mərkəzi sinir sistemi problemləri və bəzi yuxu dərmanları həmin vəziyyətə şərait yaradır.Böyrək xəstəlikləri, şəkərli diabet və endokrin sistem pozuntuları da qan təzyiqinin artmasına təsir edir. Qalxanvari vəzi və ya böyrəküstü vəzilərin hormon sintezində yaranan problemlər hipertoniyanın inkişafına birbaşa yol açır."Ürək-damar sisteminin anadangəlmə və ya sonradan qazanılmış qüsurları, beyin infeksiyaları, həmçinin bəzi sistem xəstəlikləri ikinci dərəcəli hipertoniyaya səbəb ola bilər" deyə kardioloq qeyd edib.Bundan başqa bəzi hamiləlik əleyhinə preparatlar, iltihabəleyhinə dərmanlar və hətta rasionda biyan kökünün (lakritsa) həddindən çox olması da təzyiqi yüksəldir.Qeyd edək ki, bir müddət əvvəl kardioloq Tamaz Qaqloşvili həkim yanında təzyiqin yüksək çıxmasının hər zaman xəstəlik əlaməti olmadığını bildirmişdi. Onun sözlərinə görə "ağ xalat" sindromu zamanı insan tibb müəssisəsində stress keçirdiyi üçün tonometrin göstəriciləri arta bilər.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
demokrat.az

1Mənbələr