AZ

EIA qlobal xam neft hasilatı üzrə proqnozlarını açıqlayıb

Bakı. Trend:

Qlobal xam neft hasilatının 2026-cı ildə gündəlik 0,06 milyonbarel artaraq 78,94 milyon bareldən 79,00 milyon barelə çatacağıproqnozlaşdırılır.

Trend xəbərverir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyaAdministrasiyası (EIA) "Qısamüddətli enerji perspektivi" adlıhesabatının mart ayı üzrə açıqladığı məlumatında qeyd edilib.

Rüblər üzrə qurumun hasilat proqnozuna nəzər saldıqda, 2026-cıilin birinci rübündə qlobal xam neft hasilatının gündəlik 78,08milyon barel, ikinci rübdə gündəlik 77,71 milyon barel, üçüncürübdə gündəlik 79,75 milyon barel, dördüncü rübdə isə gündəlik80,43 milyon barel olacağı proqnozlaşdırılır.

Bununla yanaşı, qurumun 2027-ci il üçün qlobal xam neft üzrəhasilat proqnozu isə 80,79 milyon barel təşkil edir. EİA-nınproqnozlarına əsasən, 2027-ci ilin ilk rübündə qlobal xam nefthasilatının gündəlik 80,69 milyon barel, ikinci rübdə gündəlik80,42 milyon barel, üçüncü rübdə gündəlik 80,75 milyon barel,dördüncü rübdə isə gündəlik 81,28 milyon barel olacağıproqnozlaşdırılır.

Məqalədə:
Seçilən
111
az.trend.az

1Mənbələr