Bakı. Trend:
İsveçin paytaxtı Stokholmun Sollentuna kitabxanasının Aniorazalında Azərbaycan Xalq yazıçısı Əzizə Cəfərzadənin ”Bakı 1501”tarixi romanının təqdimatı keçirilib. İngilis dilində nəşr olunanroman İsveçdə fəaliyyət göstərən ”Lava” nəşriyyatında işıq üzügörüb.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilib ki, İsveçdə fəaliyyət göstərən ”Qobustan - AzərbaycanAydınlar Ocağı”nın təşkilatçılığı ilə baş tutan tədbirə İsveçinmüxtəlif şəhərlərindən ədəbiyyatsevərlər qatılıb. Tədbirinaparıcısı, Skandinaviya Azərbaycanlıları Koordinasiya ŞurasınınStokholm şəhəri üzrə koordinatoru Ayda Əmir Haşimi bu cürtədbirlərin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin beynəlxalqsəviyyədə tanıdılmasına, eyni zamanda ölkələr arasında mədəniəlaqələrin inkişafına mühüm töhfə verdiyini söyləyib. “Bakı 1501”əsərinin yenidən aktuallaşdırılması milli ruhu və azadlıqideyalarını əks etdirən mühüm ədəbi hadisə adlandırıb.
Romanın tərcüməçisi, Göteborg Universitetinin dosenti, elmlərdoktoru Səadət Kərimi isə Əzizə Cəfərzadənin həyat və yaradıcılığı,eləcə də “Bakı 1501” romanının mövzusu, bədii xüsusiyyətləri vətarixi əhəmiyyəti barədə geniş məlumat verdi. O vurğulayıb ki, türkcoğrafiyası üçün həssas bir tarixi dövrdən bəhs edən bu əsər təkcətarixi roman deyil, həm də milli kimlik və azadlıq ruhunun bədiiifadəsidir.
Stokholmda yaşayan azərbaycanlı yazıçı Eluca Atalı romanınmövzu, janr və dil xüsusiyyətləri barədə danışaraq, onun Azərbaycanədəbiyyatındakı xüsusi yerindən bəhs edib.
Azərbaycanlı tələbə Xəyal Seyidov isə gənc oxucu kimi əsərhaqqında fikirlərini bölüşüb. Romanı Azərbaycan xalqının millikimliyini və azadlıq ruhunu əks etdirən mühüm ədəbi nümunəadlandırıb.
Tədbir bədii hissə ilə davam edib. İsveçdə yaşayan azərbaycanlıteatr sənətçisi və rejissor Əlif Cahangir və tanınmış türk operaifaçısı Burcu Kuru romandan seçilmiş parçaları Azərbaycan vəingilis dillərində bədii qiraət ediblər. Pianoçu Aynur Məlikovanınifasında səsləndirilən Azərbaycan klassik musiqiləri tədbirə xüsusirəng qatıb.