AZ

Azərbaycanın Türkiyəyə ixracı azaldır

2026-cı ilin yanvar ayında Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarətin həcmi 431 milyon 732.260 dollar təşkil edib ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 10,7% azdır.

Hakimiyyet.az -ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.

Statistikaya görə, yanvar ayında Azərbaycanın Türkiyəyə ixracının həcmi 268 milyon 159,460 ABŞ dolları (13% azalma) təşkil edib. İxracın payı 11,99% təşkil edib (2025-ci ilin yanvar ayı: 10,14%).

Bu arada, Türkiyədən idxalın həcmi 6,6% azalaraq 163 milyon 72.800 dollara çatıb. İdxalın payı 12,56% təşkil edib (2025-ci ilin yanvar ayı: 8,54%).

Seçilən
7
2
hakimiyyet.az

3Mənbələr