4 nömrəli magistral yol istismar idarəsi və avtomobil yollarının mühafizə xidmətinin əməkdaşlarının operativ reaksiyası nəticəsində Göyçay çayı üzərində yerləşən əsas körpü ilə bağlı yaranmış problem aradan qaldırılıb.Metbuat.az xəbər verir ki, dəfələrlə bu körpüdən sosial media istifadəçiləri, yerli sakinlər şikayət və paylaşımlar etməsinə baxmayaraq problem nəticəsiz olaraq qalırdı. Bir müddət əvvəl qəzalı vəziyyətdə olduğu və bəzi hissələrində çökmələr, dağıntılar müşahidə edildiyi bildirilən körpü ilə bağlı artıq müvafiq tədbirlər görülüb. Verilən məlumata görə, hazırda körpüdə vəziyyət sabitləşdirilir və nəqliyyatın hərəkəti davam edir. Şəhərin müxtəlif hissələrini birləşdirən bu vacib nəqliyyat keçidi həm avtomobillər, həm də piyadalar tərəfindən tez-tez istifadə olunur. qeyd edək ki, Göyçay çayı üzərindəki avtomobil körpüsü 2 iyun 2018-ci il tarixində güclü yağışlardan sonra çayda selin artması səbəbindən dağılmış və yol bağlanmışdı. Davud Tarverdiyev - Göyçay