Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.
A seriyasında fevral ayının ən yaxşı məşqçisi müəyyənləşib. Bu haqda qurumun mətbuat xidməti məlumat yayıb."Football-plus.az" xəbər verir ki, ötən ayın ən yaxşısı “Atalanta”nın baş məşqçisi Raffaele Palladino olub. Onun komandası fevralda keçirdiyi 4 oyunda 3 qələbə qazanıb. “Atalanta” “Kremoneze” (2:1), “Latsio” (2:0) və “Napoli”yə (2:1) qalib gəlib, “Komo” ilə heç-heçə edib (0:0). Yeri gəlmişkən, Palladinonun komandası 28 turdan sonra 46 xalla 7-ci yeri tutur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.