Sportal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan U-20 yığma komandasının yeni baş məşqçisi Rui Jorjenin nə qədər maaş alacağı dəqiqləşib.
Sportal.az saytına verilən məlumata görə, portuqaliyalı mütəxəssis mətbuatda yayıldığı kimi illik 500 min avro almayacaq.
53 yaşlı məşqçinin 230-250 min avro arasında gəlir əldə edəcək.
Qeyd edək ki, AFFA Rui Jorje ilə rəsmi müqavilə imzalayıb. O, məşqçi karyerasına “Belenenseş” klubunda başlayıb, 2006–2010-cu illərdə klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009 mövsümündə isə qısa müddət əsas komanda ilə çalışıb.
Bununla yanaşı, Jorje Portuqaliyanın U-21 və U-23 yığmalarına da rəhbərlik edib.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.