AZ

Rəsmi Kiyev: Drujba nı yoxlamaq üçün Ukraynaya gələn macarların rəsmi statusu yoxdur

ain.az, Apa.az saytına istinadən bildirir.

Macarıstandan “Drujba” neft kəmərini yoxlamaq üçün gələn qrup Ukraynaya buraxılıb.

APA “Evropeyskaya Pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georqi Tixiy jurnalistlərə açıqlamasında bildirib.

Tixiy vurğulayıb ki, bu qrupu “nümayəndə heyəti” adlandırmaq düzgün deyil, çünki onların rəsmi statusu və planlaşdırılmış görüşləri yoxdur:

“Bu gün səhər Macarıstan vətəndaşlarından ibarət qrup Ukrayna ərazisinə daxil olub, lakin onlar rəsmi statusa malik deyil və heç bir rəsmi görüş planlaşdırılmayıb”.

Qeyd edək ki, Macarıstanın Energetika Nazirliyinin dövlət katibi Qabor Çepikin rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya “Drujba” neft kəmərini yoxlamaq üçün səfər edəcəyi bildirilirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
3
apa.az

4Mənbələr