AZ

"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?

style='margin-bottom:10px;'>

PSJ "Çelsi"nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandeslə yaxından maraqlanır.

QOL.az xəbər verir ki, "The Touchline" nəşrinin yaydığı məlumata görə, Paris təmsilçisi 25 yaşlı futbolçunun transferini yaxın gələcəkdə uğurla başa çatdırmağı planlaşdırır.

Bu transferdə həlledici məqam UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində tərəflər arasında keçiriləcək qarşılaşma olacaq. Paris klubu hesab edir ki, əgər onlar London təmsilçisini turnirdən kənarlaşdıra bilsələr, bu, Fernandesin transferi şanslarını əhəmiyyətli dərəcədə artıracaq. "Çelsi"nin erkən vidalaşması argentinalı ulduzu yay transfer pəncərəsində klubu tərk etməyə razı sala bilər ki, bu da danışıqları asanlaşdıracaq. Məlumata görə, PSJ futbolçunun maliyyə tələblərini tam qarşılamağa hazırdır.

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm "zadəganlar"ın heyətində çıxdığı 42 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun London klubu ilə müqaviləsi 2032-ci ilə qədər qüvvədədir.

Seçilən
76
1
teleqraf.com

2Mənbələr