AZ

Heç vaxt görməmişdim ki, 1:6 hesabı ilə uduzan komandanı azarkeşlər irəli səsləsinlər Yozua Kimmix

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə səfərdə "Atalanta"nı 6:1 hesabı ilə darmadağın edən "Bayern Münhen"in kapitanı Yozua Kimmix oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Oyunun nəbzini tutmaq üçün bizə 5 dəqiqə lazım oldu. Ardından təhlükəli vəziyyətləri sıralamağa başladıq. Bu gün çox yaxşı oyun sərgilədik. Ortaya qoyduğumuz futboldan zövq aldıq. Bilirdik ki, rəqibi meydanda təngə gətirməyə qadirik. Elə buradakı ab-havanın möhtəşəm olacağını təxmin edirdik. Heç vaxt görməmişdim ki, 1:6 hesabı ilə uduzan komandanı azarkeşlər irəli səsləsinlər. Bu, çox xoş mənzərədir".

Tərəflərin cavab qarşılaşması martın 18-də reallaşacaq. İkinci duel "Münhen Arena"da keçiriləcək.

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
fanat.az

2Mənbələr