AZ

Akif Nəsirli: “Bazardakı təklif əvvəlki səviyyəyə qayıtmazsa, mövsümə görə artan qiymətlər bir müddət daha qala bilər”

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Novruz ərəfəsində balıq bazarlarında ən çox tələb olunan balıqlardandır. Satıcıların sözlərinə görə, İranda baş verən hadisələr səbəbindən Azərbaycana kütüm idxalı azalıb. Bu isə bazarda qıtlıq yaradaraq qiymətlərin artmasına səbəb olub. Əvvəllər 10-15 manata satılan kütüm indi 20-25 manata təklif olunur. Bahalaşma digər balıq növlərinə də təsir edib və xüsusilə, forel balığı bazarlarda azalıb.Bazarda bu bahalaşma nə qədər davam edə bilər?

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, belə mövsümi bahalaşma Novruz bayramına qədər davam edir.

Akif Nəsirli

“Novruz bayramı ərəfəsində balıq məhsullarına tələbat ənənəvi olaraq artır və bu dövrdə xüsusilə kütüm balığına maraq daha çox olur. Satıcıların bildirdiyinə görə, İranda baş verən hadisələr nəticəsində Azərbaycana kütüm idxalının azalması bazarda təklifin məhdudlaşmasına səbəb olub. Təklif azaldıqda isə tələbat yüksək qaldığı üçün qiymətlər təbii olaraq yüksəlir. Buna görə əvvəllər 10-15 manata satılan kütüm hazırda 20-25 manata təklif olunur.

Kütümün bahalaşması bazarda digər balıq növlərinə də təsir göstərir. Alıcılar alternativ olaraq başqa balıqlara üz tutduqda onlara olan tələbat da artır və bu da qiymətlərin yüksəlməsinə səbəb olur. Xüsusilə forel balığının bazarlarda azalması və qiymətinin artması da bununla əlaqələndirilir.

Adətən belə mövsümi bahalaşma Novruz bayramına qədər və bayram günlərində davam edir. Bayramdan sonra tələbatın nisbətən azalması və bazara yeni məhsulun daxil olması ilə qiymətlər tədricən stabilləşə bilər. Lakin idxal problemləri davam edərsə və ya bazara təklif əvvəlki səviyyəyə qayıtmazsa, yüksək qiymətlər bir müddət daha qala bilər”-deyə Akif Nəsirli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
bizimyol.info

1Mənbələr