Bakı. Trend:
“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həminsistemdən əldə ediləcək məlumatların dairəsi” təsdiq edilib.
Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, bələdiyyələrin vahid informasiya sisteminəötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatlar ElektronHökumət İnformasiya Sistemi vasitəsilə “Dövlət informasiyaehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması,inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq əldəedilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Bələdiyyələrin vahidinformasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcəkməlumatların dairəsi”ndə nəzərdə tutulmuş dövlət orqanlarının(qurumlarının) qeyd olunan məlumatlarının toplandığı informasiyasistemlərinin (ehtiyatlarının) bələdiyyələrin vahid informasiyasisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsiləinteqrasiyasını təmin etməlidir.
“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həminsistemdən əldə ediləcək məlumatların dairəsi”ndə qeyd olunan dövlətorqanları (qurumları) fəaliyyət istiqamətlərinə uyğun olaraq buQərardan irəli gələn digər məsələləri həll etməlidirlər.