Sahibkar, “Megaupload” və “Mega” fayl paylaşma xidmətlərinin qurucusu, Kim Dotkom adı ilə tanınan Kim Şmitts İsrailin məşhur hava hücumundan müdafiə sistemi “Dəmir Gümbəz” barədə sərt fikirlər səsləndirib. O, sistemi sosial şəbəkələrdə “paslı gümbəz” adlandırıb.
Publika.az xəbər verir ki, bu açıqlama İranın ABŞ və İsrailin hərbi obyektlərinə yönəltdiyi kütləvi zərbələr fonunda verilib.
Dotkomun fikrincə, bu hücumlar İsrailin hava hücumundan müdafiə sisteminin zəif tərəflərini açıq şəkildə göstərib.
Sosial şəbəkə istifadəçiləri isə Dotkomun paylaşımına müxtəlif şərhlər yazıblar: “görünməz”, “yorğun”, “kağız”, həmçinin “çətir” və “süzgəc”.
Qeyd edək ki, bu açıqlama bölgədə təhlükəsizlik və hava hücumundan müdafiə (HHM) sistemlərinin effektivliyi ilə bağlı yeni müzakirələrə səbəb olub.