AZ

İranla müharibədə ABŞ-a ağır zərbə - 330 milyon dollarlıq 11 MQ-9 Reaper PUA-sı vuruldu



İsraillə birgə İrana hücum edən ABŞ ordusunun müharibənin ilk 12 günündə 11 MQ-9 Reaper pilotsuz uçuş aparatını (PUA) itirdiyi bildirilir.

CBS-in ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, itirilmiş bu təyyarələrin ümumi dəyərinin 330 milyon dollardan çox olduğu təxmin edilir.

MQ-9 Reaper PUA-ları məlumat toplama, müşahidə və kəşfiyyat missiyaları, eləcə də dəqiq zərbə əməliyyatları üçün istifadə edilən pilotsuz uçuş aparatlarıdır.

Pentaqon vurulan PUA-larla bağlı dəqiq rəqəm açıqlamayıb.

Tahir TAĞIYEV

Seçilən
47
baki-xeber.com

1Mənbələr