AZ

Azərbaycanda çiçəklənən ağacların üzərinə qar yağdı

Şamaxıda ağacların çiçəkləndiyi bir dövrdə qar yağıb və ərazi sanki ağ örtüyə bürünüb.

Milli.Az xəbər verir ki, mart ayında yağan qarın kənd təsərrüfatına, xüsusilə də meyvəçilik və taxılçılığa təsiri ilə bağlı fermerlər öz fikirlərini bölüşüblər. Onların sözlərinə görə, bu cür hava şəraiti məhsuldarlığa müsbət təsir göstərə bilər.

Fermer Hacışirinbala Şirinov bildirib ki, 5 hektarlıq meyvə bağı var və ötən il məhsul az olub. Onun fikrincə, yağan qar bu il ağacların daha bol məhsul verməsinə kömək edəcək.

Digər fermerlər də qeyd ediblər ki, qar taxıl sahələrinin üzərində bir müddət qaldıqda faydalı olur. Onların sözlərinə görə, bu vəziyyət ziyanvericilərin məhv olmasına və sahələrin daha yaxşı qorunmasına səbəb olur. 

Asya
Milli.Az 

Seçilən
15
45
milli.az

10Mənbələr