AZ

İzzət Bağırov valideynlərə səsləndi

Müğənni İzzət Bağırov oğlunun orta məktəbi bu il bitirdiyini deyib.

"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, oğlu Əli martın 15-də imtahan verəcək.

Valideynlərə səslənən İzzət "İkinci qrupa hazırlaşır. Bütün uşaqlar çox əziyyət çəkir. Valideynlər, uşaqların əziyyətini dəyərləndirin. Uşaqlar bir neçə müəllim yanına gedir, şəhərin bu başından o başına gedir, 6-7 fəndən hazırlaşırlar. Uşaqlarınızı nəzərə alın, yorulurlar, yüklənirlər. Yazıqdır uşaqlar" sözlərini əlavə edib. 

"Cebheinfo.az"

Seçilən
44
2
cebheinfo.az

3Mənbələr