AZ

Havayda Kilauea vulkanı yenidən aktivləşdi

ABŞ-nin Havay ştatında yerləşən Kilauea vulkanı yenidən aktivləşib.

Far.Az xəbər verir ki, bu, vulkanın son bir il ərzində 43-cü püskürməsi olub. Püskürmə zamanı lava sütunları yüzlərlə metr hündürlüyə qalxıb və yaranan qaz və kül buludları geniş əraziyə yayılıb.

ABŞ Geoloji Araşdırmalar qurumu (USGS) lavın 400 metrədək yüksəldiyini açıqlayıb. Qurum yanardağın aktivliyinin izlənilməsini davam etdirir və ətraf ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirir.

Seçilən
32
far.az

1Mənbələr