Aktual.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"1. Rusiya neft və qaz qiymətlərinin artmasından qazanır;
2. Müxtəlif ölkələr tərəfindən neft və qazının alış həcmlərinin artmasından qazanc əldə edir;
3. Rusiya neftinə endirimlərin azaldılmasından və hətta demək olar ki, tamamilə ləğv olmasından qazanır;
4. Neftinin 35%-ni alan Hindistanın artıq ABŞ sanksiyaları altında olmamasından Rusiyanın qazancı artır;
5. İndi İrandan neft ala bilməyən Çinin Rusiya neftinin kütləvi alışından əldə olunan mənfəət;
6. Çin hazırda Rusiya ilə uzunmüddətli müqavilələrdə daha çox maraqlıdır;
7. Çin, ümumiyyətlə, Rusiya ilə münasibətlərdə daha çox maraqlı olacaq. ABŞ sanksiyalarına isə çox da məhəl qoymayacaq. Bu o deməkdir ki, Rusiya hərbi-sənaye kompleksində daha çox təchizat olacaq;
8. ABŞ və ərəb ölkələri çox sayda hava hücumundan müdafiə raketlərindən istifadə edib və indi onlar Ukrayna Silahlı Qüvvələrinə çatmayacaq;
9. Avropa və Britaniyaya dəyən böyük iqtisadi ziyan Ukrayna rejiminə Avropa maliyyəsinin azalmasına səbəb olacaq;
10. İran nümunəsi hər kəsə Rusiyada rejim dəyişikliyi planlarının axmaqlıq olduğunu və bundan imtinanı göstərdi;
11. Hazırda hava hücumundan müdafiə sistemlərinə böyük tələbat var və Rusiyanın hava hücumundan müdafiəsi, mübahisəsiz olaraq, dünyanın ən yaxşısıdır”, - o bildirib.