AZ

İran ABŞ və İsrail üçün Hörmüz boğazından 1 litr neftin keçirilməsinə icazə verməyəcək – Silahlı Qüvvələr

Bakı. Trend:

İran ABŞ, İsrail və onların müttəfiqləri üçün Hörmüz boğazındanhətta 1 litr neftin keçirilməsinə icazə verməyəcək.

Trend-inməlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Xatəm Əl-ƏnbiyaQərargahının sözçüsü İbrahim Zolfoqari video müraciətindədeyib.

Onun sözlərinə görə, hər hansı gəmi ABŞ, İsrail və müttəfiqləriüçün neft daşımaq istəyərsə, İran Silahlı Qüvvələri tərəfindənvurulacaq. İran Silahlı Qüvvələri Hörmüz boğazında bütüntəşəbbüslərə sahib olduğuna görə, bu boğazı bağlamağa ehtiyacduymur.

İranlı hərbi rəsmi Hörmüz boğazının bağlanmasına ABŞ və İsrailtərəfinin səbəbkar olduğunu bildirib.

Zolfoqari deyib ki, ABŞ və İsrailin İrana qarşı hərbi havahücumlar həyata keçirdiyinə görə, dünya bazarında 1 barel neftinqiyməti 200 dollara yüksələcək.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
34
az.trend.az

1Mənbələr