AZ

“Ekspo 2025”dəki milli pavilyonumuz “Memarlıq dizaynı” kateqoriyasında mükafat qazanıb

Bakı. Trend:

“Ekspo 2025” dünya sərgisindəki Azərbaycan pavilyonu növbətimükafatın qalibi olub. Ötən il Yaponiyanın Osaka şəhərində HeydərƏliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonumuz“Memarlıq dizaynı” (Architectural Design) kateqoriyasında DaşınmazƏmlak və Memarlıq Mükafatına (The Real Estate & Architecture Award)layiq görülüb.

Trend xəbərverir ki, memarlıq və daşınmaz əmlak layihələri üzrə bu beynəlxalqmükafat müxtəlif ölkələrdən olan mütəxəssislər qrupu tərəfindənAlmaniyada təsis edilib. Mükafatın əsas məqsədi ən yaxşı dizayn,memarlıq nümunələri və daşınmaz əmlak layihələrini tanıtmaqdır.

Azərbaycan pavilyonu üzrə qiymətləndirmə zamanı layihəninmemarlıq konsepsiyası və dizaynın keyfiyyəti, innovasiya vəorijinallıq, davamlılıq kimi meyarlar nəzərə alınıb.

“Ekspo 2025” dünya sərgisindəki Azərbaycan pavilyonu bundanəvvəl Alman Dizayn Mükafatının (German Design Award) “Mükəmməlkemarlıq / Yarmarka və sərgi” (Excellent Architecture / Fair andExhibition) kateqoriyasında da qalib seçilmişdi.

2000-ci ildən Ekspo sərgilərində uğurla iştirak edən və millipavilyonlar sırasında müxtəlif mükafatlar alan Azərbaycan Osakaşəhərində də uğurla təmsil olunub. Buradakı milli pavilyon ənseçilən və ziyarət edilənlər sırasında olub. “Ekspo 2025”də“Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges forsustainability) mövzusunu əhatə edən Azərbaycan pavilyonununkonsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin“Yeddi gözəl” poemasından qaynaqlanırdı.

Aprelin 13-dən oktyabrın 13-dək fəaliyyət göstərən “Ekspo2025”də pavilyonumuz 2 milyondan çox ziyarətçi qəbul edib.

Seçilən
37
2
az.trend.az

3Mənbələr