İranın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə endirdiyi hava zərbələri nəticəsində yaralanan Azərbaycan vətəndaşı xəstəxanadan evə buraxılıb.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Dubaydakı Baş konsulluğundan məlumat verilib.
“Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.
Dubay şəhərindəki Baş konsulluğumuz vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb. Vətəndaşın bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur”, - Baş konsulluqdan bildirilib.