Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.
Bu barədə XİN-dən bildirilib.
Dubay şəhərindəki Baş konsulluğumuz vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb. Vətəndaşın bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur.