İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının baş direktoru Balakişi Qasımov tezliklə vəzifəsi ilə vidalaşa bilər.
NOCOMMENT.az xəbər verir, Balakişi Qasımovun səlahiyyət müddəti mayda başa çatacaq. Bununla əlaqədar olaraq mayın sonuna kimi İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının iclası keçiriləcək. İclasın gündəliyinə yeni baş direktorun seçilməsi ilə bağlı məsələnin də daxil edilməsi gözlənilir.
İctimai Televiziya və Radio Yayımları şirkəti Avropa Yayım Birliyinin (EBU) üzvüdür. Avropa Yayım Birliyinin tövsiyələrində eyni şəxsin uzun müddət fasiləsiz rəhbər olması məsləhət görülmür.
Bu təcrübədən Avropa ölkələrində çox istifadə olunur. Avropada ictimai televiziya rəhbərləri adətən 4-6 il vəzifədə olurlar. Çox vaxt onlara maksimum 2 dəfə seçilmək hüququ verilir.
Məsələn, Almaniya, Fransa, İtaliya və Böyük Britaniyada eyni şəxsin iki dəfədən artıq seçilməsi ilə bağlı təcrübə yoxdur.
Qeyd edək ki, Balakişi Qasımov 11 may 2018-ci ildən İTV-yə rəbərlik edir./Metbuat.az/