AZ

72 Özbəkistan vətəndaşı ABŞ-dan qovuldu

Yazını böyüt
Yazını kiçilt

Bu gün 72 Özbəkistan vətəndaşı xüsusi reyslə ABŞ-dan Daşkəndə gətirilib.

Hafta.az yazır ki, bu barədə ABŞ-ın Özbəkistandakı diplomatik nümayəndəliyindən məlumat verilib. Rəsmi məlumata görə, onlar ABŞ-da qanuni yaşamaq hüququna malik olmadıqları üçün ölkədən çıxarılıblar. Repatriasiya prosesi xüsusi təşkil olunmuş reys vasitəsilə həyata keçirilib.

Səfirliyin məlumatına görə, bu tədbir ABŞ-ın qanunsuz immiqrasiya ilə mübarizə tədbirləri çərçivəsində növbəti praktik addımdır. Bildirilib ki, bu, immiqrasiya qaydalarını pozan şəxslərin müəyyən edilməsi və ölkədən çıxarılması siyasətinin ardıcıl olaraq davam etdirilməsini nümayiş etdirir.

Bəyanatda həmçinin qeyd olunur ki, Donald Tramp prezident vəzifəsinə başlayandan bəri 1000-dən çox Özbəkistan vətəndaşı ABŞ-dan deportasiya edilib. Bu rəqəm göstərir ki, son zamanlar immiqrasiya qanunvericiliyi ilə bağlı tələblər daha da gücləndirilib. Bəyanat ABŞ ərazisinə qanunsuz daxil olan və ya ölkədə qanuni yaşayan şəxslərə həbs və məcburi deportasiya kimi nəticələrlə üzləşə biləcəkləri xatırladılıb. Həmçinin deportasiya prosesində göstərdiyi əməkdaşlığa görə Özbəkistan hökumətinə xüsusi təşəkkür bildirilib.

Seçilən
48
hafta.az

1Mənbələr