Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
NATO 9-19 mart 2026-cı il tarixləri arasında Norveç və Finlandiyada keçirdiyi "Cold Response 26" təlimi ilə Arktika bölgəsində indiyədək olan ən genişmiqyaslı müharibə sınağına imza atır.
"Cebheinfo.az" xəbər verir ki, təxminən 25 min hərbçinin qatıldığı təlimdə Rusiyaya qarşı mümkün tammiqyaslı müharibə ssenariləri canlandırılır. Təlimin rəsmi açıqlamasındakı "xalqı sakitləşdirmə" ifadəsi isə diqqətdən qaçmayıb. Norveç və ABŞ-nin birgə komandanlığı altında həyata keçirilən təlimdə NATO-nun 14 üzvü iştirak edir.
Norveç, ABŞ, İngiltərə, Almaniya, Niderland, Fransa, İtaliya, Kanada, İspaniya, Türkiyə, İsveç, Finlandiya, Danimarka və Belçikadan təxminən 25 min hərbçi təlimdə yer alır.
Quru qoşunlarının bölgüsü aşağıdakı kimidir:
Norveçdə 11 800 hərbçi
Finlandiyada 7 500 hərbçi
Dəniz və hava qüvvələrində 5 700 hərbçi
Təlimin mərkəzi qərargahı Bodo şəhəri yaxınlığındakı Reytanda yerləşən Norveç-ABŞ birgə qərargahıdır. Təlimin ən diqqətçəkən xüsusiyyətlərindən biri real bölmələrlə yanaşı, nəhəng bir simulyasiyanın da eyni vaxtda aparılmasıdır. Simulyasiyada fiziki olaraq iştirak edən qüvvələrdən qat-qat böyük xəyali qüvvələr yer alır.
Bu sayədə NATO Rusiyaya qarşı tammiqyaslı müharibədə strateji və operativ səviyyədə qərar qəbul etmə proseslərini və qüvvələrin koordinasiyasını sınaqdan keçirir. Təlimin ssenarisi Rusiya ilə mümkün münaqişə vəziyyətində NATO-nun qarşılaşacağı çətinlikləri əhatə edir. Norveç Silahlı Qüvvələrinin rəsmi internet saytında təlimin məqsədi belə izah olunur:
"Təlimin əsas məqsədi çəkindirməyə töhfə vermək, müdafiə qabiliyyətini gücləndirmək və xalqı sakitləşdirməkdir”. Lakin ekspertlər son hadisələri, ABŞ-nin Danimarka və Kanadaya qarşı torpaq iddiaları nəzərə alındıqda, Skandinaviyada Amerika əsgərlərinin görülməsinin "xalqı sakitləşdirməkdən" çox fərqli nəticələr doğura biləcəyinə diqqət çəkir.
Təlim çərçivəsində Norveçə Arktika müharibəsinə fokuslanmış ABŞ quru qoşunları yerləşdirilib. Bu bölmələr həddindən artıq soyuq şəraitdə döyüşmək üçün xüsusi təlim keçmiş heyətdir. Hərbi analitiklər bu hazırlığın Kubaya desant çıxarmaq üçün olmadığını, hədəfin açıq şəkildə Şimal Bölgəsi olduğunu vurğulayırlar.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.