AZ

Qalib QHT-lər sabah AÇIQLANACAQ

“QHT Agentliyinin özünün, o cümlədən Agentliyin bp və Qarabağ Dirçəliş Fondu ilə birlikdə elan edilmiş müsabiqələrin nəticələri sabah elan olunacaq”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-a müsahibəsində qeyd edib.

O həmçinin Agentliyin keçirdiyi müsabiqələrə ilbəil marağın artdığını vurğulayıb:

“Əgər 2024-cü il üzrə müsabiqələrə 779 təşkilatdan müraciət daxil olmuşdusa, 2025-ci il üzrə bu rəqəm 915-ə qalxdı. 2026-cı il üzrə müsabiqələrə isə ümumilikdə 981 təşkilat müvafiq sistem üzrə özünə pəncərə yaradaraq müraciət etmək hüququ qazanıb. Bu, indiyədək müşahidə olunan ən yüksək göstəricidir. Hesab edirik ki, QHT sektorunda son illər dərinləşdirilən islahatlar, QHT Agentliyinin müsabiqələrini bütün kənar müdaxilələrdən azad, tam şəffaf aparması nəticəsində ictimai etimad daha da güclənib. Lakin bizim üçün kəmiyyətdən daha vacib keyfiyyətdir”.

Seçilən
22
1
publika.az

4Mənbələr