AZ

Ülviyyə Ağazadə məhkəməni uduzdu - Pasiyentə 31 min manat ödəyəcək

Plastik cərrah Ülviyyə Ağazadə "Azər-Türk Med"də gerçəkləşən əməliyyat zamanı sağlamlığına zərər vurduğu pasiyentinə 31 718 manat təzminat ödəyəcək.

"Yeni Sabah" milli.az-a istinadla xəbər verir ki, bununla bağlı məhkəmə qətnamə qəbul edib.

əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və o, "Azər-Türk Med"dən başqa bir özəl klinikaya köçürülüb. Qadın buradakı müalicəsinə 27 000 manat pul xərcləyib.

İş materiallarında pasiyent üzərində icra edilmiş abdominoplastika, bel, çanaq nahiyəsinin liposaksiyası, qasıq hissəsinin liposaksiyası cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmədiyi qeyd olunub.


Telegram kanalımız
Seçilən
82
9
yenisabah.az

10Mənbələr