AZ

Sumqayıtın bu məktəbində şagird yerdəyişməsi dayandırıldı

Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbinin tipi dəyişdirilərək 23 nömrəli texniki fənlər təmayüllü lisey statusu verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, dəyişikliklə əlaqədar liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılıb.

Həmçinin liseyə şagird qəbulu yalnız VII sinifdən etibarən mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən həyata keçiriləcək.

Bizim.Media

Seçilən
74
7
bizim.media

10Mənbələr