AZ

İran raket qurğularının 90%-dən çoxunu itirib – “Bloomberg”


İran ABŞ və İsrailə qarşı hərbi əməliyyatlar zamanı raket qurğularının 90%-dən çoxunu itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Amerika rəsmilərinə istinadla məlumat yayıb.
Agentlik qeyd edir ki, ABŞ və İsrail 2025-ci ilin yayında baş verən gərginlikdən sonra ehtiyatlı davranırlar və hazırda İranı genişmiqyaslı zərbələr endirmək imkanından məhrum edən buraxılış qurğuları və komanda mərkəzlərini məhv etmək taktikasından istifadə edirlər.
Raketlərin özlərindən fərqli olaraq, buraxılış qurğuları yeraltına yerləşdirilə və ya qısa bit vaxtda dəyişdirilə bilməz. Bu isə onları həssas və əsas hədəfə çevirir.
Qeyd edək ki, Pentaqon bundan əvvəl İranın raket və pilotsuz təyyarə zərbələrinin əməliyyatın başlanğıcından bəri 90%-ə yaxın azaldığını bildirmişdi.
Seçilən
58
1
yeniavaz.com

2Mənbələr