ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi hökumət İsrail rəsmilərinə müraciət edərək, İranın enerji obyektlərinə və xüsusilə neft sənayesinə zərbə endirməyi dayandırmağa çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" yayımlayıb.
Məlumata əsasən, Tramp hökuməti həftənin ilk günü İsrail tərəfinə müraciət edərək, İranın enerji sahəsindəki obyektlərinə, əsasən də neft infrastrukturuna yönələn hücumları bundan sonra icra etməməyi tələb edib.
Media bu addımın əsas səbəbi kimi əməliyyatlar yekunlaşdıqdan sonra Trampın İran neftindən eynilə Venesuela təcrübəsində olduğu tək yararlanmaq niyyətində olduğunu vurğulayıb.