AZ

Ərdoğandan xəbərdarlıq: Bunun əvəzini hamı ödəyəcək

“Bölgədəki toqquşmalar dayanmır və yanlış hesablamalar, səhv qiymətləndirmələr nəticəsində region yenidən qan və barıt qoxusu ilə örtülüb”.

“Yeni Sabah” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrup toplantısında bəyan edib.

O vurğulayıb ki, dünya neft istehsal müəssisələri, su və enerji infrastrukturunun hədəfə alındığına, insanların cəzalandırılmasına şahid olur.

Ərdoğan qeyd edib ki, bu hücumlar qlobal iqtisadiyyata ciddi təzyiq yaradır: “Bütün dünya bu hücumların əvəzini ödəməyə hazır olmalıdır”.


Telegram kanalımız
Seçilən
27
yenisabah.az

1Mənbələr