AZ

Hindistan təyyarəsi Tailandda qəza enişi etdi VİDEO

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hindistanın "Air India Express" aviaşirkətinə aid sərnişin təyyarəsi Tailandın Phuket beynəlxalq aeroportuna qəza enişi edib.

Moderator.az xəbər verir ki, bu hadisə barədə "Khaosod" nəşri məlumat yayıb.

Sərt eniş nəticəsində hava gəmisinin ön şassisinə ciddi ziyan dəyib və o, sıradan çıxıb.

IX938 nömrəli reyslə Hindistanın cənub bölgəsində yerləşən Heydərabaddan Phuket istiqamətinə hərəkət edən təyyarənin göyərtəsində ümumilikdə 133 sərnişin olub.

Aeroport rəhbərliyi və təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb ediliblər. Göyərtədəki bütün insanlar təhlükəsiz şəkildə təxliyə olunaraq gözləmə zalına yerləşdiriliblər. Hadisə zamanı heç kim xəsarət almayıb.

İnsidentdən dərhal sonra aeroport administrasiyası təhlükəsizlik tədbirləri və müvafiq yoxlamaların aparılması məqsədilə uçuş-enmə zolağının fəaliyyətini müvəqqəti dayandırdığını bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
86
1
moderator.az

2Mənbələr