İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Tasnim” xəbər agentliyi texnologiyası hərbi məqsədlər üçün istifadə edilən ABŞ-nin aparıcı şirkətlərinin siyahısını dərc edib.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, materialda bu qurumlar “İranın yeni hədəfləri” adlandırılıb.
“Regional müharibənin əhatə dairəsi infrastruktur müharibəsinə qədər genişləndikcə, İranın qanuni hədəflərinin əhatə dairəsi də genişlənir”, - agentlik bildirib.
Şirkətlər arasında “Google”, “Microsoft”, “Palantir”, IBM, “Nvidia” və “Oracle” də var. Həmin şirkətlərin İsrail və körfəz ölkələrindəki ofis və infrastrukturlarının hədəfə alına biləcəyi vurğulanıb.