525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Regionda hərbi eskalasiya ehtimalı artdıqca iqtisadi bazarlar da risk rejiminə keçir. Daşınmaz əmlak bazarı da hər zaman geosiyasi proseslərə reaksiya verən sektordur. Müharibənin qısamüddətli olacağı təqdirdə bazarda əsasən psixoloji gözləmə mövqeyi formalaşacaq. Lakin proses uzanarsa və miqrasiya dalğası başlarsa, vəziyyət dəyişəcək. Qaçqın axını baş verdiyi halda kirayə mənzil bazarında ilkin zamanda 15–20 faiz artım olacağını ehtimal edirəm. Əsasən 1-2 otaqlı mənzillərə tələb daha sürətli yüksələcək. Böyük şəhərlərdə qiymət artımı daha yüksək olacaq”.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc 525.az-a bildirib.
O qeyd edib ki, qısamüddətdə ilk günlər alqı-satqı zəifləyə bilər. Amma qeyri-müəyyənlik artdıqca daşınmaz əmlak yenidən “təhlükəsiz liman”a çevrilir. Bu isə selektiv, yəni seçmə bahalaşma yarada bilər. Riskli olan regionda uzunmüddətli qeyri-sabitlikdir. Enerji qiymətlərinin artımı fonunda makroiqtisadi üstünlük və əmlakın inflyasiyadan qoruyucu alətə çevrilməsi amili daha da güclənəcək.
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.