AZ

Türkiyədə 4 bal gücündə zəlzələ qeydə alınıb

Türkiyənin Denizli vilayətində 4 bal gücündə zəlzələ baş verib.

Far.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 07:42-də episentri Denizlinin Buldan rayonunda yerləşən yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin ocağının 5,24 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.

Qeyd edək ki, martın 9-da da Buldan rayonunda 5,1 bal gücündə zəlzələ baş vermişdi. Həmin hadisədən sonra bölgədə çoxsaylı afterşoklar qeydə alınıb.

Seçilən
64
far.az

1Mənbələr