Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefonla danışıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığında Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsinin təşkilində səmərəli köməyinə görə İlham Əliyevə minnətdarlığını bildirib.