AZ

Putin İlham Əliyevə təşəkkür etdi

BAKI, 11 mart. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildiriıib ki, telefon danışığı zamanı strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.

Tərəflər ikitərəfli gündəliyin aktual aspektlərinə toxunaraq, müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında gələcək inkişafına sadiq olduqlarını təsdiqləyiblər.

Rusiya dövlət başçısı ABŞ və İsrailin hücumlarına məruz qalan İrandan Rusiya vətəndaşlarının təxliyə edilməsində göstərdiyi köməkliyə görə İlham Əliyevə minnətdarlığını bildirib. Eyni zamanda, Rusiyadan gələn humanitar yardımın Azərbaycan ərazisindən keçməklə İran xalqına çatdırılmasına yaradılan şərait yüksək qiymətləndirilib.

Prezidentlər Yaxın Şərqdəki kəskin münaqişə zonasında hərbi əməliyyatların tezliklə dayandırılmasının, problemin yalnız siyasi və diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayıblar.

Seçilən
28
teleqraf.com

1Mənbələr