AZ

Yaponiyaya məxsus yük gəmisi Körfəzdə atəşə tutulub

Pekin, 11 mart, AZƏRTAC

Yaponiyanın “Mitsui OSK Lines” şirkətinə məxsus yük gəmisi Körfəzdə atəşə tutulub.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, atəş nəticəsində gəminin arxa tərəfinə ziyan dəyib. Xəsarət alan olmayıb.

Yaponiyanın Nəqliyyat Nazirliyi məsələni araşdırır.

Qeyd edək ki, Yaxın Şərqdəki münaqişənin gedişində Körfəzdə bir neçə yük gəmisinin atəşə tutulması faktı qeydə alınıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
79
5
azertag.az

6Mənbələr