AZ

“Qiyamət təyyarəsi” səmaya qaldırılıb

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-nın “Boeing E-6B Mercury” strateji təyyarəsi təxminən iki saat ərzində Kaliforniyanın Mərkəzi Vadisi üzərində uçuşlar və simulyasiya enişləri edib.

Reyting.az xəbər verir ki, Mərkəzi Vadinin sakinləri adi nişanları olmayan böyük bir hərbi təyyarənin aşağı hündürlükdə uçduğunu və bölgədə uzun müddət dövrə vurduğunu görüblər.

“Fox 26 News” bildirir ki, sonradan onun ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən nüvə qüvvələrini idarə etmək üçün istifadə edilən “Qiyamət təyyarəsi” kimi tanınan “Boeing E-6B Mercury” strateji təyyarəsi olduğu müəyyənləşib.

Şahidlərin sözlərinə görə, təyyarə təxminən iki saat ərzində bölgə üzərində uçaraq Fresno şəhərindəki Fresno Yosemite Beynəlxalq Hava Limanına enişi simulyasiya edib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin fərqli simvolu - qırmızı və ağ zolaqları olan tünd mavi dairənin içərisindəki ağ beşbucaqlı ulduzdan başqa göyərtədə heç bir nəzərə çarpan işarə olmayıb.

Təqaüddə olan ABŞ Hərbi Hava Qüvvələri general-mayoru Kley Qarrison izah edib ki, təyyarə bütün ABŞ nüvə triadası üçün hava komandanlığı mərkəzi kimi xidmət edir.

Onun sözlərinə görə, “Boeing E-6B Mercury” strateji bombardmançı təyyarələri, qitələrarası raketləri və ballistik raket sualtı qayıqları idarə etməyi bacarır.

Təyyarə həmçinin rabitə rölesi kimi xidmət göstərir və yerüstü komandanlıq məntəqələri məhv edilsə belə, hərbi rəhbərlik arasında əlaqə saxlaya bilir.

Təyyarənin əsas xüsusiyyətlərindən biri onun elektromaqnit impulslarından (EMP) qorunmasıdır ki, bu da nüvə partlayışından sonra da onun işləməsinə imkan verir.

Təyyarənin missiyası ABŞ prezidenti, müdafiə naziri və ABŞ Strateji Komandanlığı üçün nüvə qüvvələrinə davamlı komandanlıq və nəzarət təmin etməkdir.

Normalda bu tip təyyarələr Oklahoma ştatındakı Tinker Hərbi Hava Qüvvələri Bazasında yerləşir.

Bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələri bu təyyarələri iki əməliyyat eskadrilyasında idarə edir: “Dəmir adamlar” (VQ-3) və “Kölgələr” (VQ-4).

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
reyting.az

1Mənbələr