AZ

Azərbaycanda hələ süni intelektin yaratdığı sektorial dəyər ölçülmür – Deputat

Bakı. Trend:

Süni intelektin kənd təsərrüfatında tətbiqi səbəblərindən biriinkişaf etmiş ölkələrdə və eləcə də bir sıra inkişaf etmişdövlətlərdə kənd təsərrüfatında işçi qüvvəsi çatışmazlığıdır.

Trend xəbərverir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin Aqrarsiyasət komitəsində keçirilən “Kənd təsərrüfatında süni intellektintətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədədeyib.

Millət vəkili nümunə gətirib ki, bu rəqəm əksər inkişaf etmişdövlətlərdə 2 faizədəkdir, Rusiyada 5, Polşada isə 6 faizdir.Ekosistemi yaxın olan Qazaxıstanda 11, Türkiyədə 14 faizdir.Niderlanda məşğul əhalinin 2 faizi kənd təsərrüfatında çalışsa da,2025-ci ildə bu ölkənin aqrar ixracatı 137,5 milyard avro olub:

“Məşğul əhalinin üçdə birinin çoxunun çalışdığı Azərbaycanda isəaqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 2025-ci ildə 1,3milyard dollar olub. Azərbaycanda istehsal və ixrac imkanlarınınartırılması və qeyd edilən fərqlərin azaldılması üçün məhz süniintelektdən daha sıx şəkildə istifadə vacibdir”.

Deputat vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi süniintelektin tətbiqi nəticəsində aqrar sektorda əldə edilən dahakonkret nəticələr barədə də məlumat verməlidir:

“Süni intelektdən və ya rəqəmsal həllərdən istifadə nəticədeyil, vasitədir. Nəticə konktet iqtisadi dəyərlə ifadə olunur.Eləcə də, kənd təsərrüfatı sektorunda yaradan dəyərin hansıhissəsinin süni intelekt və ya rəqəmsal həllərin tətbiqinəticəsində əldə edilməsinin də hesablanmasına ehtiyac var.

Hazırda süni intellektin tətbiqi nəticəsində qlobal aqrarsektorda yaradılan dəyər 4,7 milyard dollar intervalındaqiymətləndirilir. 2035-ci ilədək isə 46,6 milyard dollara çatacağıproqnozlaşdırılır. Azərbaycanda hələ süni intelektin sektorialyaratdığı dəyər ölçülmür və kənd təsərrüfatında bu praktikanıntətbiqi çox vacibdir. Süni intelektdən aqrar sektorda istifadəimkanları geniş olmaqla yanaşı, bu sahədə yaradılan dəyərinartmasına səbəb ola bilər”.

Seçilən
84
az.trend.az

1Mənbələr