AZ

İspaniya Fransanın nüvə proqramına qoşulmaqdan imtina ETDİ

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

İspaniya Fransanın nüvə arsenalını artırmaq təşəbbüsündə iştirak etməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes eldiario.es-ə verdiyi müsahibədə bildirib.

Məlumata görə, martın 2-də Emmanuel Makron ölkəsinin nüvə başlıqlarının sayını artıracağını, “inkişaf etmiş nüvə çəkindirmə” dövrünə qədəm qoyacağını və arsenal haqqında məlumatı artıq açıqlamayacağını elan etmişdi. Prezident həmçinin nüvə proqramına daha səkkiz Avropa ölkəsini cəlb etmək niyyətində olduğunu bildirmişdi.

Sançes qeyd edib ki, nüvə silahlarının yayılmamasını tənzimləyən beynəlxalq müqavilənin müddəti fevral ayının sonunda başa çatıb və o, aparıcı nüvə güclərini yeni müqavilə üzrə danışıqlar aparmağa çağırıb.

Baş nazir vurğulayıb ki, İspaniya artıq “nüvə dünyası” istəmir və buna görə də Fransanın təşəbbüsünə qoşulmayacaq.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
redaktor.az

2Mənbələr